Zavodumuzun əsası 1880 –ci ildə qoyulmuşdur. Müəssisəmiz uzun və şərəfli yol keçmişdir. Bu illər ərzində istehsal olunan məhsullar respublikamızda və dünyanın müxtəlif ölkələrində neftçilər tərəfindən çox yüksək qiymətləndirilmişdir.
2010-cu il tarixdə “Səttərxan adına Maşınqayırma Zavodu”, “Bakı Maşınqayırma Zavodu”, “28 May adına Maşınqayırma Zavodu” və “Bakı Neft-Mədən Maşınqayırma Zavodu” TASC-lərinin birləşməsi nəticəsində müasir avadanlıqlarla təchis olunmuş yeni “Bakı Neft Maşınqayırma Zavodu” TASC yaradılmışdır. “Bakı Neft Maşınqayırma Zavodu” TASC qısa müddət ərzində bütün aktivləri birləşdirməklə, hər dörd zavodda mövcud olmuş istehsal prosesini bərpa etməyə, sabit, dayanıqlı və keyfiyyətli məhsul istehsalını təmin etməyə nail olmuşdur.
Biz tərəfdaşlığı keyfiyyət, etibarlılıq və hər mərhələdə dəstək əsasında qururuq
Buradakı hər bir loqotip uğurlu əməkdaşlığın rəmzidir.
Zavodumuzda uzun illərin təcrübəsinə əsaslanan müasir və yüksək keyfiyyətli istehsal avadanlıqları istifadə olunur.
Наша миссия — предоставлять нашим клиентам высококачественные товары и услуги, которые способствуют их развитию и успеху. Мы стремимся быть надежным партнером, предлагая решения, которые удовлетворяют потребности клиентов на каждом этапе их бизнес-пути.
27.Nov.2025
Zavodun istehsal parkında yer alan bəzi dəzgahlar kütləvi istehsaldan fərqli olaraq məhz neft sənayesinin tələblərinə uyğunlaşdırılmış xüsusi konstruksiyalı modellərdir.
27.Nov.2025
Zavodun istehsal etdiyi yüksək təzyiqə davamlı avadanlıqlar həm keyfiyyəti, həm də etibarlılığı ilə seçilərək uzun illərdir müxtəlif ölkələrdə real iş şəraitində özünü doğruldur.
27.Nov.2025
Zavodun avadanlıq parkı tam şəkildə yenilənərək bu gün dünyanın ən qabaqcıl sənaye ölkələrində istehsal olunan yüksək dəqiqlikli cihazlarla təchiz edilmişdir.